BAKI, TurkicWorld, Orxan Qədirzadə
İsrail Ordusu Beyruta təşkil edilən hava hücumları nəticəsində "Hizbullah" qruplaşmasının rəhbəri Naim Qasemin şəxsi katibi Əli Yusif Hərşinin öldürüldüyünü bəyan edib.
TurkicWorld xəbər verir ki, İsrail hərbi komandanlığının rəsmi məlumatına əsasən, Əli Yusif Hərşi "Hizbullah" liderinin ən yaxın sirdaşlarından biri və şəxsi müşaviri olub.
Hərbi hava əməliyyatları çərçivəsində təkcə kadr itkiləri deyil, həm də infrastruktur hədəfləri vurulub. İsrail ordusu Livanın cənubunda "Hizbullah"a məxsus Litani çayı üzərindəki iki mühüm keçid məntəqəsinə zərbələr endirdiyini bildirib. Məlumata görə, həmin keçidlərdən cənub bölgəsinə minlərlə raket, silah və hərbi sursatın daşınması üçün istifadə olunub.







