Son dəqiqə

İsrail İran Çin Xalq Respublikası ABŞ Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Mao Ninq

Çin XİN sözçüsü Mao Ninq atəşkəslə bağlı açıqlama verib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Çin Xalq Respublikası ABŞ və İran arasında əldə olunan 14 günlük atəşkəs razılaşmasını müsbət qiymətləndirib və Yaxın Şərqdə uzunmüddətli sabitlik üçün münaqişələrin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb.

TurkicWorld xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekində keçirdiyi mətbuat konfransında ölkəsinin rəsmi mövqeyini açıqlayıb. O bildirib ki, Çin tərəflər arasında gərginliyin azaldılması üçün bütün tərəflərlə işləməyə hazırdır.

Mao Ninq Çinin böhranın əvvəlindən bəri sülh tərəfdarı olduğunu qeyd edərək bəzi mühüm detalları açıqlayıb:

Çin Xarici İşlər naziri münaqişə tərəfləri ilə 26 dəfə telefon danışığı aparıb, həmçinin Çinin xüsusi elçisi Körfəz bölgəsində diplomatik missiyasını davam etdirir.

Çin və Pakistanın Yaxın Şərq və Körfəz bölgəsində təhlükəsizliyi təmin etmək üçün 5 maddəlik birgə təşəbbüs hazırladığı elan edilib.

Rəsmi Pekin Hörmüz boğazını qlobal ticarət üçün "həyati yol" adlandıraraq, bu marşrutun təhlükəsiz və açıq qalması üçün tərəfləri əməkdaşlığa çağırıb.

Mətbuat konfransında Çin və Rusiyanın BMT Təhlükəsizlik Şurasında Bəhreynin təqdim etdiyi (BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və İordaniya adından) layihəyə niyə veto qoyduğu da xatırladılıb. Pekin hesab edir ki, iqtisadiyyatın və enerji təhlükəsizliyinin qorunması üçün münaqişənin köklü səbəbləri aradan qaldırılmalıdır.

Mövzuya görə xəbərlər