Son dəqiqə

İsrail İran Məscidül-Əqsaya məhdudiyyətlər Qüds yəhudi qruplar

Qüdsdə namaz qadağası - Məscidül-Əqsa 35 gündür ibadətə bağlanıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İsrail hökuməti ABŞ və İsrailin İrana qarşı apardığı müharibəni bəhanə gətirərək işğal altındakı Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsanı 35 gündür giriş-çıxışa qapalı saxlayır.

TurkicWorld xəbər verir ki, müsəlmanların ilk qibləsi sayılan müqəddəs məkanda bu gün də Cümə namazının qılınmasına icazə verilməyib.

Fevralın 28-dən bəri tətbiq edilən bu qadağa çərçivəsində, 1967-ci il işğalından bu yana ilk dəfə olaraq Ramazan Bayramında da Əqsada bayram namazı qılınmayıb. Eyni zamanda, fanatik yəhudi qruplarının aprelin 1-dən 8-dək davam edən "Hamursuz Bayramı" münasibətilə müqəddəs məkana basqın təşkil etmək və burada qurban kəsmək çağırışları gərginliyi daha da artırıb. Bu qrupların süni intellektlə hazırlanmış görüntülər vasitəsilə apardıqları təbliğat İslam dünyasında ciddi narahatlığa səbəb olub.

Bir sıra ölkələr İsrailin Qüdsdə ibadət azadlığına qarşı tətbiq etdiyi bu sərt məhdudiyyətləri ən kəskin şəkildə pisləyən birgə bəyanat yayıblar. Bəyanatda vurğulanır ki, müqəddəs yerlərin statusunun dəyişdirilməsi və inanc azadlığının boğulması beynəlxalq hüquq normalarına ziddir.

Mövzuya görə xəbərlər