Son dəqiqə

İsrail İran ABŞ Argentina Xavyer Miley

Argentina İranın müvəqqəti işlər vəkilinə ölkəni tərk etmək üçün 48 saat vaxt verib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Argentina hökuməti bu gün İranın ölkədəki müvəqqəti işlər vəkili Möhsün Rezayini "persona non qrata" (arzuedilməz şəxs) elan edərək, ona ölkəni tərk etmək üçün 48 saat vaxt verib.

TurkicWorld xəbər verir ki, Argentina Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda bu addımın İran XİN-in Argentina və onun ali rəhbərliyinə qarşı səsləndirdiyi "əsassız, təhqiramiz və yalan ittihamlara" cavab olduğu bildirilib.

Diplomatik gərginliyin artmasına səbəb İran tərəfinin çərşənbə günü ABŞ Prezidenti Donald Trampın müttəfiqi hesab olunan Argentina Prezidenti Xavyer Miley və xarici işlər naziri Pablo Kernonu İran ərazisinə hücumlarda əlbir olmaqda ittiham etməsi olub. Xatırladaq ki, cəmi iki gün əvvəl Argentina rəsmi olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "terror təşkilatı" siyahısına daxil edib.

Mövzuya görə xəbərlər