BAKI, TurkicWorld, Orxan Qədirzadə
İsrail Ordusunun (IDF) sözçüsü Aviçay Adrae sosial media hesabında etdiyi paylaşımda İran ərazisindəki hərbi əməliyyatların "böyük güclə" davam etdiyini bildirib. Məlumata görə, əməliyyatın başlanğıcından bu yana İsrail hərbi hava qüvvələri tərəfindən İran daxilində təxminən 800 hücum uçuşu həyata keçirilib və 16 mindən çox müxtəlif növ döyüş sursatı istifadə edilib.
TurkicWorld xəbər verir ki, İsrail ordusu əməliyyat çərçivəsində ümumilikdə 10 minə yaxın hava zərbəsi endirildiyini və İran rejiminin 4 minə yaxın hərbi obyektinin məhv edildiyini bəyan edib. Paylaşımda həmçinin qeyd olunur ki, hava hücumları nəticəsində İran Silahlı Qüvvələrinin və rəsmi qurumlarının 2 mindən çox əsgər və komandiri zərərsizləşdirilib.
İsrailin hərbi əməliyyatları təkcə İran ərazisi ilə məhdudlaşmır. Ordunun bəyanatına görə, digər cəbhələrdə parallel olaraq 7 minə yaxın hədəfə zərbələr endirilib. İsrail rəsmiləri əməliyyatın geri çəkilmə mərhələsində olmadığını və eskalasiyanın qarşıdakı dövrdə də davam edəcəyini vurğulayıblar.
Xatırladaq ki, 2026-cı il fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı hücumlar nəticəsində minlərlə insan həlak olub və yaralanıb. Bu müddət ərzində İranın ali dini lideri Əli Xamenei də daxil olmaqla bir çox yüksək rütbəli hərbi və siyasi rəhbərlər sui-qəsd nəticəsində öldürülüb.







