Son dəqiqə

Türkiyə İsrail İran ABŞ Yaxın Şərq Məhəmməd Baqir Qalibaf

İran rəsmisi: Regiondakı bütün problemlərə İsrail məsuliyyət daşıyır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran parlamentinin sədri və danışıqlarda yüksək səviyyəli nümayəndə Məhəmməd Baqir Qalibaf İsrailin regiondakı bütün problemlərə görə məsuliyyət daşıdığını bildirib.

TurkicWorld xəbər verir ki, o bu fikirləri İranın Tasnim xəbər agentliyinə açıqlamasında səsləndirib.

Qalibaf qeyd edib ki, müharibə nəticəsində ABŞ-ın regiondakı hegemonluğu zəifləyib.

O, region ölkələrinin öz imkanlarına əsaslanan yeni sistem qurmalı olduğunu bildirib.

Qalibaf həmçinin müsəlman ölkələri arasında həmrəyliyin artıq qaçılmaz zərurətə çevrildiyini vurğulayıb.

Bu açıqlamalar onun Türkiyədən olan həmkarı ilə görüşündən sonra verilib.

Mövzuya görə xəbərlər