BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail prezidenti İsxak Hersoq ABŞ-ın xüsusi nümayəndəsi və Donald Trampın kürəkəni Cared Kuşnerin rəhbərlik etdiyi Sülh Şurası nümayəndə heyətinin Qəzza ilə bağlı planın növbəti mərhələlərinə keçid üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.
TurkicWorld xəbər verir ki, Hersoq Qəzza ilə bağlı prosesin Trampın 20 maddəlik planına uyğun şəkildə irəlilədilməsi istiqamətində aparılan işlərə görə minnətdar olduğunu bildirib.
İsrail prezidenti qeyd edib ki, Sülh Şurası nümayəndə heyətinin hazırladığı planın mühüm və əsas elementlərindən biri İsrailin təhlükəsizlik maraqlarıdır.
Hersoq bildirib ki, bu yanaşmanı müsbət qiymətləndirib və nümayəndə heyətinin səylərini dəstəkləyib.
O, İsrail xalqı, Qəzza sakinləri və bütövlükdə bölgə üçün daha təhlükəsiz və daha yaxşı gələcəyin təmin edilməsinə yönələn təşəbbüslərin davam etdirilməsini vacib hesab etdiyini vurğulayıb.
İsrail prezidentinin sözlərinə görə, Qəzzada növbəti mərhələyə keçidlə bağlı səylərin davam etdirilməsi bölgənin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
Hersoq bu barədə sosial şəbəkədəki paylaşımında məlumat verib.







