BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ Prezidenti Donald Tramp bu gün keçirilən kabinet iclasında Yaxın Şərqdə davam edən hərbi əməliyyatların gedişatı ilə bağlı dünya mediasının diqqət mərkəzində olan bəyanatlar verib. Tramp İran tərəfinin ağır hərbi itkilərə məruz qaldığını və rəsmi Tehranın gizli şəkildə saziş masasına qayıtmaq üçün çalışdığını iddia edib.
TurkicWorld xəbər verir ki, ABŞ lideri İranın hərbi potensialının "çökdüyünü" vurğulayaraq, vəziyyəti İkinci Dünya Müharibəsi ilə müqayisə edib.
Tramp Tehranın diplomatik kanallar vasitəsilə atəşkəs və yeni bir saziş əldə etmək üçün Vaşinqtona müraciət etdiyini bildirib:
"Onlar 'danışmırıq' deyirlər, amma əslində razılaşma üçün yalvarırlar. İndi mən bu sazişi imzalamaq istədiyimdən əmin deyiləm," – deyə Tramp qeyd edib.







