Son dəqiqə

Küveyt Xarici İşlər Nazirliyi İran səfiri diplomatik etiraz notası İran Küveyt gərginliyi Yaxın Şərq münaqişəsi pilotsuz uçuş aparatı hücumu Udairi hərbi bazası İran İnqilab Keşikçiləri regional təhlükəsizlik böhranı ABŞ İran qarşıdurması

Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Küveyt Xarici İşlər Nazirliyi İran səfirinin ölkənin Xarici İşlər Nazirliyinə çağırıldığını və ona rəsmi etiraz notasının təqdim edildiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazirliyin bəyanatında bildirilib ki, İran səfiri martın 9-da artıq ikinci dəfə nazirliyə çağırılıb və bu addım İran tərəfindən Küveytə qarşı davam edən hücumlar fonunda atılıb.

Küveyt tərəfi qeyd edib ki, İranın son hərbi fəaliyyətləri ölkənin təhlükəsizliyinə ciddi təhdid yaradır və bu addımlar rəsmi etirazla qarşılanıb.

Məlumata görə, martın doqquzuna keçən gecə Küveyt ərazisində elektrik stansiyası və su təmizləmə qurğusunda yanğın baş verib. Bundan əlavə, ölkədə yerləşən hava limanlarından birində yanacaq anbarına pilotsuz uçuş aparatının düşdüyü bildirilib.

Eyni zamanda İran tərəfi Küveytdə yerləşən ABŞ-a məxsus Udairi helikopter bazasının pilotsuz uçuş aparatları və qanadlı raketlərlə vurulduğunu açıqlayıb.

Açıqlamada qeyd olunub ki, hücum zamanı helikopter meydançaları, yanacaq anbarları və komanda məntəqəsi daxil olmaqla 11 mühüm obyekt hədəfə alınıb.

Mövzuya görə xəbərlər