Son dəqiqə

İran ABŞ Cenevrə Stiven Uitkoff Uran zənginləşdirilməsi Cared Kuşner İran uran şərtini açıqladı: Sanksiyalar ləğv edilməlidir

İran ABŞ arasında Cenevrədə kritik nüvə danışıqları baş tutub

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Cenevrədə ABŞ və İran arasında nüvə proqramı ilə bağlı dolayı danışıqların yeni mərhələsi başlayıb.

TurkicWorld xəbər verir ki, Omanın vasitəçiliyi ilə keçirilən görüşlərdə ABŞ-ı xüsusi elçi Stiv Vitkoff və Cared Kuşner, İranı isə xarici işlər naziri Abbas Araqçı təmsil edir.

ABŞ Prezidenti Donald Tramp danışıqlarda "dolayı yolla" iştirak etdiyini və Tehranın saziş bağlamaq istədiyinə inandığını bildirib. Tramp "Air Force One" göyərtəsində jurnalistlərə açıqlamasında "B-2" bombardmançıları ilə İranın nüvə obyektlərinə endirilən zərbələri xatırladaraq, Tehranın sazişdən imtina etməyin nəticələrini istəmədiyini qeyd edib.

İran tərəfi isə danışıqların uğurunun Vaşinqtonun "qeyri-real tələblərdən" əl çəkməsindən və sanksiyaların ləğvində nə dərəcədə ciddi olmasından asılı olduğunu bəyan edib. Tehran danışıqlar masasına "konstruktiv təkliflərlə" gəldiyini bildirsə də, uran zənginləşdirilməsindən tamamilə imtina etməyəcəyini və raket proqramını müzakirə etməyəcəyini vurğulayıb.

Xatırladaq ki, ötən ilin iyun ayında İsrail və ABŞ-ın "B-2" bombardmançıları tərəfindən İranın nüvə hədəflərinə endirilən zərbələrdən sonra tərəflər fevralın 6-da danışıqları yenidən bərpa ediblər. Hazırda ABŞ bölgəyə böyük hərbi qüvvə toplamağa davam edir, İran isə Hörmüz boğazında hərbi təlimlər keçirir.

Mövzuya görə xəbərlər