Son dəqiqə

İran ABŞ Oman Seyid Abbas Araqçi Məsqət

İran uranın zənginləşdirilməsini öz təbii haqqı hesab edir – Araqçi

BAKI, TurkicWorld

İran dinc məqsədli nüvə proqramı və uranın zənginləşdirilməsini öz təbii haqqı hesab edir.

TurkicWorld-un məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Tehranda keçirilən İranın Xarici Siyasəti və Xarici Münasibətlər Tarixi Konfransında deyib.

Onun sözlərinə görə, İran bu istiqamətdə çoxlu maddi və mənəvi vəsaitlər xərclənib. Bu vəsaitlər ölkənin ehtiyacına uyğun şəkildə olub.

Əraqçi bildirib ki, uranın zənginləşdirilməsi və nüvə proqramı İranın ehtiyaclarından hesab olunur və ölkənin bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə ehtiyaclarını təmin edir. Zəngiləşdirilən uran Atom Elektrik Stansiyasında da yanacaq olaraq zəruridir.

“İrana dəfələrlə bildirilib ki, uranı zənginləşdirmək haqqınız yoxdur və zənginləşdirmə sıfır dərəcəsində olmalıdır. İranın nüvə proqramı haqda narahatlığa görə, bu, bəyan olunur. Qarşı tərəf narahatdırsa, İran narahatlıqları aradan qaldırmağa, sualları cavablandırmağa hazırdır. Etimad yoxdursa, etimadı yaratmağa hazırdır. Lakin kimsənin nəyə sahib olub-olmamağı demək haqqı yoxdur”, - deyə o qeyd edib.

Qeyd edək ki, 6 fevralda Oman paytaxtı Məsqətdə İran və ABŞ arasında nüvə proqramı ilə əlaqədar danışıqlar başlanılıb. Danışıqların davam etdirilməsi üzrə iki tərəf tərəfindən razılıq əldə olunub.

Mövzuya görə xəbərlər