BAKI, TurkicWorld
İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-yə səfər edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə hökumət başçısının ofisi məlumat yayıb.
Bildirilib ki, Netanyahu və ABŞ Prezidenti Donald Tramp fevralın 11-də Vaşinqtonda Amerika–İran danışıqlarını müzakirə edəcəklər.
Qeyd edək ki, İran və ABŞ cümə günü Omanın paytaxtı Maskatda Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı danışıqları bərpa edib.






