Son dəqiqə

İran ABŞ Oman Stiv Uitkoff Maskat

Omanda İran-ABŞ danışıqları başladı

BAKI, TurkicWorld

Omanın Maskat şəhərində İran və ABŞ-dən olan nümayəndə heyətləri arasında İranın nüvə proqramı ətrafında yaranmış böhranın nizamlanması ilə bağlı danışıqlar başlayıb.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Omanın vasitəçiliyi ilə keçən danışıqlarda ABŞ-dən olan nümayəndə heyətinə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, İrandan olan nümayəndə heyətinə isə ölkənin XİN rəhbəri Abbas Əraqçi rəhbərlik edir.

Danışıqlarda əsas mövzunun İranın uran zənginləşdirilməsi ilə bağlı proqramının olacağı bildirilir.

Mövzuya görə xəbərlər