BAKI, TurkicWorld
ABŞ Venesuela neftinin satışından əldə edilən gəlirin bir hissəsini özündə saxlayacaq.
TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
"Bir hissəni Venesuelaya verəcəyik. O biri hissəni isə özümüz üçün saxlayacağıq", - deyə ABŞ prezidenti CNBC-yə verdiyi müsahibədə Vaşinqtonun Venesuela işlərinə hərbi müdaxiləsindən sonra onun neftini satmaq planlarını şərh edərkən bildirib.
"Venesuela ilə çox yaxşı yola gedirik", - deyə o əlavə edib.







