BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ vitse-prezidenti Cey Di Vens İranın dondurulmuş aktivləri ilə bağlı mümkün yeni mexanizmdən danışıb.
TurkicWorld xəbər verir ki, Vens bu barədə İsveçrənin Bürqenştok şəhərində jurnalistlərə açıqlama verib.
O bildirib ki, ABŞ tərəfi İranın dondurulmuş vəsaitlərinin istifadəsinə nəzarət edən xüsusi bir mexanizmin yaradılmasını nəzərdən keçirir.
Vensin sözlərinə görə, məqsəd həmin vəsaitlərin terror fəaliyyətlərinə yönəlməsinin qarşısını almaq və birbaşa İran xalqının xeyrinə istifadə olunmasını təmin etməkdir.
O qeyd edib ki, keçmiş müşavir Cared Kuşner Qətər tərəfi ilə birlikdə bu istiqamətdə maraqlı bir təklif irəli sürüb.
Həmin təklifə əsasən, dondurulmuş İran aktivləri sərbəst buraxılacağı təqdirdə, vəsaitlərin istifadəsinə həm ABŞ, həm də Qətər tərəfindən nəzarət ediləcək.
Plan çərçivəsində bu vəsaitlərin İran xalqı üçün ABŞ-dən taxıl məhsullarının – xüsusilə qarğıdalı və buğdanın alınmasına yönəldilməsi nəzərdə tutulur.







