Son dəqiqə

Suriya Suriya iqtisadi inkişafı Suriyalı miqrantlar Suriya ordusu Hələbdə təhlükəsizlik tədbirlərini gücləndirib Hələbdə Suriya ordusu ilə SDQ arasında toqquşmalar: ölənlər var

Hələb əməliyyatı xaosa ümid edənlər üçün dərs oldu - Suriya

BAKI, TurkicWorld, Nailə Babazadə

Suriya Prezidenti Əhməd əş-Şaraanın media üzrə müşaviri Əhməd Müvəffəq Zeydan Hələbdə terror təşkilatı YPG ünsürlərinə qarşı həyata keçirilən əməliyyatın “xaosa yatırım edənlər üçün mühüm bir dərs” olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, Zeydan ABŞ mərkəzli X sosial media platformasında paylaşım edərək, Suriya təhlükəsizlik qüvvələrinin Hələbdə Şeyx Məqsud məhəlləsinə daxil olaraq terror təşkilatı YPG-ni bölgədən təmizləməsinə dair qiymətləndirmə aparıb.

Paylaşımında Prezident Əhməd əş-Şaraanı, ordunu, təhlükəsizlik qüvvələrini və dövlətin mülki strukturlarını təbrik edən Zeydan Şeyx Məqsud, Əşrəfiyyə və Bəni Zeyd məhəllələrinin yenidən Suriya dövlətinin nəzarətinə keçdiyini qeyd edib.

Zeydan bu inkişafın dövlətə və onun institutlarına etimadın nə qədər vacib olduğunu göstərdiyini vurğulayaraq, bunun “xaosa ümid bağlayan hər kəs üçün ibrətamiz bir mesaj və dərs” olduğunu bildirib.

Suriyanın birgəyaşayış modeli baxımından region üçün nümunə olmağa davam edəcəyini deyən Zeydan, ölkədəki kürdlərin də Suriya dövlətinin birliyinin əsas tərkib hissələrindən biri olduğunu qeyd edib.

Qeyd edək ki, Suriyada YPG terror təşkilatı 6 yanvardan bəri işğal etdiyi ərazilərdən Hələbdə çoxsaylı yerlərə hücumlar təşkil edirdi.

Dəməşq hökuməti YPG-dən 10 mart razılaşmasına əməl etməsini və Hələbdəki hücumlarına son qoymasını tələb etmişdi.

YPG-nin davam edən hücumlarından sonra Suriya ordusu terror təşkilatının işğal etdiyi Hələbin Şeyx Məqsud, Əşrəfiyyə və Beni Zeid məhəllələrindəki mövqelərinə qarşı hədəfli əməliyyatlara başladı.

Mövzuya görə xəbərlər