BAKI,TurkicWorld
İran ordusu destabillik və iğtişaş yaratmağa çalışan istənilən əcnəbi təxribatla mübarizə aparacaq.
TurkicWorld-in məlumatına görə, bu, İran ordusunun yaydığı bəyanatda öz əksini tapıb.
Bəyanata əsasən, İran ordusu ölkənin digər silahlı qüvvələri ilə yanaşı öz vəzifəsi çərçivəsində bütün hərəkətləri nəzarətdə saxlayır, milli mənafeyi, ölkənin strateji infrastrukturları və ictimai əmlakı qorumaqdadır.
Bildirilir ki, İran xalqı 47 il öncə bütün planları alt-üst edərək öz istiqlalını əldə edib. Lakin hazırda qərb ölkələri müxtəlif planlar və təxribatla yenə də İslam İnqilabından öncəki vəziyyəti bərpa etmək istəyirlər.
Bəyanatda qeyd olunur ki, İran ordusu vətəndaşları ayıq-sayıqlığı qorumaqla məkrli planlara aldanmamağa və qərəzli məqsədləri puç etməyə çağırıb.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.






