Son dəqiqə

ABŞ Venesuela ABŞ Venesuela gəmilər ABŞ Venesuela böhranı ABŞ Venesuela hərbi müdaxilə Trampın Venesuela planları

Venesuela XİN ölkədəki vəziyyətlə bağlı bəyanat verib

BAKI,TurkicWorld

Venesuela Xarici İşlər Nazirliyi ölkədəki vəziyyətlə bağlı bəyanat yayıb.

TurkicWorld bu barədə Venesuela Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

"Venesuela Bolivar Respublikası ABŞ-nin hazırkı hökuməti tərəfindən Venesuela ərazisinə və əhalisinə qarşı həyata keçirilən hərbi təcavüzü qətiyyətlə rədd edir, pisləyir və beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxarır. Həmlələr şəhərin mülki və hərbi obyektlərinə - Respublikanın paytaxtı Karakas şəhərinə, eləcə də Miranda, Araqua və La-Quaira ştatlarına endirilib.

Bu hərəkətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin, xüsusən də dövlətlərin suverenliyinə hörmət, hüquqi bərabərlik və zorakılığın qadağan olunması prinsiplərini təsbit edən 1 və 2-ci maddələrinin kobud şəkildə pozulmasıdır. Belə təcavüz beynəlxalq sülh və sabitlik üçün, xüsusilə Latın Amerikası və Karib hövzəsində, ciddi təhlükə yaradır və milyonlarla insanın həyatını ciddi risk altına qoyur",- bəyanatda qeyd olunur.

Venesuela Xarici İşlər Nazirliyi hesab edir ki, bu hücumun məqsədi ölkənin strateji resurslarını, əsasən neft və faydalı qazıntıları ələ keçirmək və ölkənin siyasi müstəqilliyini zorla sarsıtmaqdır.

Mövzuya görə xəbərlər