BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Avropa ABŞ-dən nümunə götürərək Çin əleyhinə sanksiya xarakterli rüsumlar tətbiq edəcək.
TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron çıxışında bildirib.
Onun sözlərinə görə, Pekinə verilmiş ultimatuma əsasən, Çin Ticarət balansı problemini 2026-cı ilin sonuna qədər həll etməlidir:
"Fransa Çini idxal məhdudiyyətlərində ittiham edib və qarşılıqlı güzəştlər siyasətinə maraq göstərmədiyi təqdirdə, bütün Avropa üzrə koordinasiyalı sərt tədbirlər ilə hədələyib".
Analitiklər hesab edirlər ki, Fransa prezidentinin belə bəyanatları rəsmi Pekinə ictimai təzyiq göstərmək cəhdi kimi qiymətləndirilməlidir.






