Son dəqiqə

Qəzza zolağı Qəzza HƏMAS Trampın fərmanları Trampın siyasətinə tənqidlər Tramp administrasiyası Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Fələstin-İsrail iki dövlətli həll Tramp və İsrail münasibətləri Trampın siyasi razılaşma yanaşması Qəzza müharibəsi reaksiya İsrail HƏMAS sui-qəsd Tramp

HƏMAS 20 israilli girovu İsrailə təhvil verib

Bakı, TurkicWorld, Nailə Babazadə

ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi və İsrail ilə HƏMAS-ın təsdiqlədiyi Qəzzada sülh planının ilk mərhələsi çərçivəsində dünən Qəzza Zolağında saxlanılan israilli girovlar Fələstin məhbusları ilə dəyişdirilib.

TurkicWorlde xəbər verir ki, HƏMAS dünən səhər saatlarında düz 738 gündür Qəzza Zolağında saxladığı 20 israilli girovu İsrailə təhvil verdi. Xan Yunis şəhərindəki ilk təhvil nöqtəsində 7, ikinci nöqtədə isə 13 israilli girov Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) nümayəndə heyətinə təhvil verildi.

İsrailli girovları qarşılayan psixi sağlamlıq mütəxəssisləri onların psixoloji vəziyyətinin yaxşı göründüyünü bildiriblər. Sağlamlıq vəziyyətlərinin qiymətləndirilməsindən sonra isə ailələri ilə birləşdiriliblər. Digər tərəfdən, İsrailə təhvil verilməsi gözlənilən 28 meyitdən yalnız dördü verilib. HƏMAS Telegram hesabında etdiyi açıqlamada İsrailə təhvil verilən dörd cəsədin Yossi Sharabi, Daniel Peretz, Bipin Joshi və Guy Iluz adlı şəxslərə aid olduğunu bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 9 oktyabrda Misirdə davam edən danışıqlarda İsrail ilə HƏMAS-ın Qəzzədə atəşkəs planının ilk mərhələsini təsdiqlədiyini elan etmişdi.

Danışıqların aparıldığı Misirdə razılaşma imzalanarkən, İsrail hökumətinin təsdiqindən sonra 10 oktyabrın ilk saatlarında razılaşma qüvvəyə minib.

Razılaşmada nəzərdə tutulduğu kimi, İsrail ordusunun “sarı xətt”də geri çəkilməsindən sonra Qəzza zolağında atəşkəs həmin gün saat 12:00-da qüvvəyə minib.

İsrailin Qəzza zolağına 8 oktyabr 2023-dən atəşkəs razılaşmasına qədər keçən müddətdə təşkil etdiyi hücumlarda 67 min 682 nəfər həyatını itirib, 170 min 33 nəfər yaralanıb.

Mövzuya görə xəbərlər