Son dəqiqə

ABŞ Rusiya Vladimir Putin Moskva Donald Tramp Kreml Alyaska İkitərəfli tariflər İkitərəfli görüşlər

Alyaskada tarixi görüşün vaxtı bəlli olub

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Kreml Tramp-Putin görüşünün vaxtını açıqlayıb.

TurkicWorld xəbər verir ki, Kreml ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada keçirilməsi planlaşdırılan görüşün vaxtını elan edib.

Rəsmi açıqlamaya görə, görüş Moskva vaxtı ilə saat 22:30-da başlayacaq. İki liderin görüşü tərcüməçilərin iştirakı ilə təkbətək formatda start götürəcək.

Qeyd edək ki, Tramp-Putin görüşü beynəlxalq ictimaiyyətdə böyük maraq doğurur və onun nəticələri xüsusilə Ukrayna münaqişəsi fonunda diqqətlə izlənir.

Mövzuya görə xəbərlər