Son dəqiqə

Indoneziya vulkan təbii fəlakət Vulkan püskürməsi Təbii fəlakətlərin idarə edilməsi Aktiv vulkanlar İndoneziya fəal vulkan zonaları vulkanik süxurlar

İndoneziyada vulkan təhlükəsi səbəbindən bəzi bölgələrdə fəaliyyət qadağan edilib

BAKI, TurkicWorld, Nərmin Ağayeva

İndoneziyada iki aktiv vulkan eyni gündə püskürüb.

TurkicWorld xəbər verir ki, Yavanın şərqində yerləşən Semeru vulkanı yerli vaxtla səhər saat 09:38-də püskürərək kül buludlarını dəniz səviyyəsindən təxminən 4,6 kilometr yüksəklikdə havaya sovurub. Vulkanın 2-ci Həyəcan Səviyyəsində olduğu və zirvədən 8 kilometr uzaqlıqdakı Besuk Kobokan bölgəsinin cənub-şərq hissəsində bütün fəaliyyətlərin qadağan edildiyi bildirilib.

Eyni gün saat 14:05-də Şərqi Nusa Tengqara əyalətindəki Levotobi Laki-Laki vulkanı da püskürüb. Səlahiyyətlilər, kül sütununun dəniz səviyyəsindən təxminən 1,7 kilometr hündürlüyə çatdığını qeyd ediblər.

Qeyd edək ki, Sakit okean zəlzələ və vulkan qurşağında yerləşən İndoneziyada təxminən 130 aktiv vulkan mövcuddur.

Mövzuya görə xəbərlər