Son dəqiqə

Indoneziya vulkan təbii fəlakət fövqəladə vəziyyət elanı Vulkan püskürməsi İndoneziyanın Sumatra adası vulkanik süxurlar

İndoneziyada Marapi vulkanı yenidən püskürüb

BAKI, TurkicWorld, Nərmin Ağayeva

İndoneziyanın Sumatra adasında yerləşən Marapi vulkanı yenidən püskürüb.

TurkicWorld xəbər verir ki, püskürmə nəticəsində səmaya qalxan kül buludları bölgədə görmə qabiliyyətini azaldıb. Səlahiyyətlilər vulkanın 3 dekabr 2023-cü ildən bəri 450-dən çox püskürmə həyata keçirdiyini bildirib. Fövqəladə tədbirlər çərçivəsində krateri əhatə edən 3 kilometrlik əraziyə giriş və bütün fəaliyyətlər qadağan edilib. Yerli əhali kül yağması və lava axınları riskinə qarşı xəbərdar edilib.

Qeyd edək ki, Marapi vulkanı İndoneziyanın ən fəal vulkanlarından biridir və bölgədə yaşayanlar üçün mütəmadi olaraq təhlükə yaradır.

Mövzuya görə xəbərlər