Son dəqiqə

Rusiya Sakit okean vulkan Vulkan püskürməsi vulkan xəbərdarlığı vulkanik süxurlar Kamçatka

Kamçatkada Kraşeninnikov vulkanı tarixi fasilədən sonra püskürüb

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Kamçatkada Kraşeninnikov vulkanı 475 ildən sonra püskürüb.

TurkicWorld xəbər verir ki, Rusiyanın şərqində yerləşən Kamçatka bölgəsindəki Kraşeninnikov vulkanı 1550-ci ildən bəri ilk dəfə püskürüb.

Püskürmə bölgədə son günlər qeydə alınan güclü zəlzələlərdən bir neçə gün sonra baş verib. Vulkanın fəaliyyətə başlaması nəticəsində havaya qalxan kül buludu yerli müşahidə mərkəzləri tərəfindən qeydə alınıb.

Qeyd edək ki, Kamçatka yarımadası “Sakit okean atəş halqası” zonasında yerləşir və burada çoxlu aktiv vulkan mövcuddur. Kraşeninnikovun yenidən aktivləşməsi seysmoloqların diqqətini bölgəyə yönəldib.

Mövzuya görə xəbərlər