Son dəqiqə

İsrail İran Təl-Əviv nüvə silahı Seyid Əli Xamenei Nüvə enerjisi İran-İsrail gərginliyi

Tel-Əvivdən Tehrana xəbərdarlıq - Hər hərəkətin cavabı olacaq

BAKI, TurkicWorld

İran nüvə fəaliyyətini artırsa, cavab verəcəyik.

TurkicWorld xəbər verir ki, İsrailin keçmiş müdafiə naziri Yoav Gallant İranın ali lideri Əli Xameneiyə hədələyici məktub göndərib.

Gallant məktubda Tehranın nüvə fəaliyyətlərini genişləndirəcəyi təqdirdə Təl-Əvivin sərt şəkildə cavab verəcəyini bildirib.

Gallant məktubun məzmununu sosial şəbəkə hesabında paylaşaraq bildirib ki, İran İsraili regional münaqişəyə çəkmək üçün "vəkil qüvvələri" vasitəsilə əhatəyə almağa çalışsa da, buna nail ola bilməyib. Onun sözlərinə görə, Hizbullah lideri Həsən Nəsrullah da 2023-cü ilin oktyabrında münaqişəyə birbaşa qoşulmaq üçün icazə istəsə də, Xamenei bu təklifə “yox” deyib.

İranın geniş ərazisi və 90 milyonluq əhalisi ilə regionda güc sahibi olduğunu etiraf edən Gallant, eyni zamanda bu ölkənin hazırda “tarixinin ən həssas dövrünü yaşadığını” iddia edib.

“Nüvə proqramınızı sürətləndirə bilərsiniz, amma unutmayın – biz bunun fərqində olacağıq və gördüyümüzü vuracağıq”, – deyə o, açıq xəbərdarlıq edib. Gallant, əgər İran nüvə silahı əldə etsə, İsrailin susmayacağını və Tehranın bunun ağır nəticələri ilə üzləşəcəyini bildirib.

Mövzuya görə xəbərlər