Suriya Bəşər Əsəd Suriya və təhlükəsizlik məsələləri Suriyada milli birlik və sabitlik Suriyada sabitlik və əməliyyatlar Suriya yeni konstitusiya layihəsi Suriya yenidənqurma layihələri rejim dəyişikliyi

Suriya yeni gerbini təqdim edib

BAKI, TurkicWorld

Bəşər Əsəd rejiminin süqutundan sonra yaradılan Suriya Hökuməti ölkənin yeni dövlət gerbini təqdim edib.

TurkicWorld xəbər verir ki, gerbdə 14 lələkli, 3 ulduzlu qanadlı şahin təsvir olunub.

Paytaxt Dəməşqdə keçirilən rəsmi təqdimatda Prezident Əhməd əl-Şəraa bildirib ki, yeni loqo Suriya əyalətlərini və milli həmrəyliyi təmsil edir. Qalxan üzərində əvvəlki iki ulduzun sayının üçə yüksəldilməsi də yeni dövrə işarədir. Eyni zamanda, köhnə loqoda yer alan kənd təsərrüfatına aid simvollar – buğda sünbülləri gerbdən çıxarılıb.

“Tarixi bilənlər yaxşı anlayır ki, Dəməşq həm başlanğıc, həm də son nöqtədir. Rejimin zülm illəri bu tarixin ən qaranlıq səhifəsi idi. Yeni milli gerb isə bölünməyə qarşı çıxan, yenidən doğulan vahid Suriyanı simvollaşdırır.” - deyə Prezident Şəra təqdimat nitqində bildirib.

Qeyd edək ki, yeni gerb bütün rəsmi sənədlərdə, möhürlərdə və şəxsiyyət vəsiqələrində tətbiq olunacaq. Bu dəyişiklik xalq arasında da müsbət qarşılanıb və ümumilli coşğu ilə qeyd olunub.

Mövzuya görə xəbərlər