Son dəqiqə

İsrail İran Yaxın Şərq Raket hücumu Hava zərbələri Hava hücumundan müdafiə İsrail İran hücumu İran-İsrail qarşıdurması İran-İsrail gərginliyi hava hücumu hava zərbəsi

İran raketləri yenidən İsraili hədəfə alıb

BAKI, TurkicWorld

İran İsrailə yenidən raket hücumu edib.

TurkicWorld xəbər verir ki, İsrail ordusu İrandan ölkəyə yeni raket hücumu həyata keçirildiyini açıqlayıb və əhalidən sığınacaqlara çəkilməyi tələb edib.

Ordunun rəsmi bəyanatında bildirilib ki, təhlükə hələ davam edir və vətəndaşlar növbəti rəsmi xəbərdarlığa qədər qorunan əraziləri tərk etməməlidirlər.

Hava hücumundan müdafiə sistemlərinin hücum raketlərini zərərsizləşdirmək üçün hərəkətə keçdiyi vurğulanıb. İsrailin şimal bölgələrində hava sirenlərinin işə düşməsi və təxliyə planlarının aktivləşdirilməsi qeyd edilib.

Qeyd edək ki, Yaxın Şərqdə gərginlik iyunun 13-də İsrailin İranın hərbi və nüvə obyektlərinə genişmiqyaslı hücumları ilə daha da şiddətlənib. Həmin hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbərliyi, eləcə də 9 nüvə alimi həyatını itirib.

İran Səhiyyə Nazirliyi iyunun 21-də verdiyi açıqlamada İsrailin hücumları nəticəsində 430 mülki vətəndaşın həlak olduğunu, yaralıların isə 3500 nəfəri keçdiyini bildirib. İsrail tərəfi də İranın cavab hücumlarında 24 nəfərin öldüyünü, 1272 nəfərin isə yaralandığını açıqlayıb.

Bölgədəki gərginliyə reaksiya olaraq Türkiyə də daxil olmaqla bir çox ölkə İsrailin hücumlarını qınayıb və tərəfləri gərginliyi azaltmağa çağırıb.

Mövzuya görə xəbərlər