Son dəqiqə

ABŞ ABŞ Dövlət Departamenti Yaxın Şərq ABŞ- İran gərginlikləri İsrail İran hücumu Yaxın Şərqdə müharibə ehtimalı İran-İsrail qarşıdurması İran-İsrail gərginliyi

ABŞ-dan dünya üzrə vətəndaşlarına xəbərdarlıq

BAKI, TurkicWorld

ABŞ bütün dünyadakı vətəndaşlarına Yaxın Şərqdəki münaqişə səbəbindən təhlükəsizlik xəbərdarlığı edib.

TurkicWorld xəbər verir ki, ABŞ Dövlət Departamenti Yaxın Şərqdə davam edən münaqişə fonunda bütün dünyadakı vətəndaşlarına səfər və təhlükəsizliklə bağlı xəbərdarlıq edib.

Qurum bəyan edib ki, gərginlik xaricdəki amerikalılar və səyyahlar üçün artan risklər yaradır.

Xəbərdarlıqda qeyd olunur ki, Yaxın Şərqdəki münaqişə səbəbilə "xaricdə ABŞ vətəndaşlarına və maraqlarına qarşı nümayişlərin keçirilməsi ehtimalı artır". ABŞ vətəndaşlarına ehtiyatlı olmaq, ətrafdakı vəziyyəti izləmək və rəsmi təlimatlara riayət etmək tövsiyə olunur.

Dövlət Departamenti həmçinin təhlükəsizlik risklərinə qarşı ABŞ diplomatik missiyaları ilə əlaqə saxlamağı və təcili hallar üçün yerli tədbirləri əvvəlcədən bilməyi tövsiyə edib.

Qeyd edək ki, ABŞ-ın dəstəklədiyi və ya bilavasitə iştirak etdiyi Yaxın Şərq əməliyyatları bir sıra bölgələrdə ictimai narazılıqlara və etiraz aksiyalarına səbəb olub. Dövlət Departamentinin bu kimi xəbərdarlıqları əvvəllər də riskli geosiyasi proseslər zamanı verilmişdi.

Mövzuya görə xəbərlər