Son dəqiqə

Yaponiya Tokio Marko Rubio ABŞ-ın müdafiə naziri Pete Hegseth ABŞ və Yaponiya münasibətləri ABŞ müdafiə xərcləri

Müdafiə büdcəsi tələbi Tokio ilə Vaşinqton arasında narazılığa səbəb olub

BAKI, TurkicWorld

Yaponiya ilə ABŞ arasında diplomatik gərginlik - İyul görüşü ləğv edilib.

TurkicWorld xəbər verir ki, ABŞ administrasiyasının müdafiə xərclərinin artırılması ilə bağlı Yaponiyaya yönəlik təzyiqlərindən sonra Tokio iyulun əvvəlində planlaşdırılan yüksək səviyyəli görüşü ləğv edib.

İddialara görə, ABŞ tərəfindən dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetin iştirakı nəzərdə tutulan toplantının baş tutmayacağı məlum olub.

Vaşinqtonun Tokiodan müdafiə xərclərini ÜDM-in 3,5 faizinə qədər artırmağı tələb etməsi, iki müttəfiq ölkə arasında gərginliyə səbəb olub. Yaponiya tərəfinin bu tələbi qəbuledilməz hesab etdiyi və cavab olaraq görüşü ləğv etdiyi bildirilir.

Qeyd edək ki, məsələ ilə bağlı nə ABŞ, nə də Yaponiya hökuməti hələlik rəsmi açıqlama yaymayıb. Lakin müşahidəçilər bu addımı Vaşinqton-Tokio münasibətlərində gərginliyin yeni mərhələsi kimi dəyərləndirir.

Mövzuya görə xəbərlər