Son dəqiqə

İsrail İran müdafiə sistemləri hava hücumundan müdafiə sistemi İsrail İran hücumu İran-İsrail qarşıdurması İran-İsrail gərginliyi Dəmir Qübbə müdafiə sistemi

İsrailin hava müdafiəsi sarsılır

BAKI, TurkicWorld

İranın yeni raket taktikası İsrailin Dəmir Qübbə effektiv müdafiəsini zəiflədir.

TurkicWorld xəbər verir ki, İsrail və İran arasında davam edən silahlı qarşıdurma fonunda İsrailin "Dəmir Qübbə" hava hücumundan müdafiə sisteminin effektivliyinin ciddi şəkildə azaldığı bildirilib.

Amerika mediasına danışan yüksək rütbəli keçmiş İsrail kəşfiyyat rəsmisi verdiyi açıqlamada, sistemin son hücumlar zamanı raketlərin yalnız 65 faizini tuta bildiyini deyib. Halbuki bu göstərici bir gün əvvəl 90 faiz səviyyəsində idi.

İranın son 24 saat ərzində həyata keçirdiyi intensiv raket və pilotsuz uçuş aparatları hücumlarında xüsusilə “Şahid-136” model PUA-ların Dəmir Qübbəni yararaq hədəflərə çatdığı qeyd olunur. ABŞ rəsmiləri və mütəxəssislər İranın bu hücumlarda daha inkişaf etmiş istiqamətləndirmə sistemlərinə malik, sürətli və dəqiq raketlərdən istifadə etdiyini bildiriblər.

Bildirilib ki, Tehranın yeni strategiyası “Strateji Səbir Doktrinası” çərçivəsində əvvəlcə kütləvi hücumlardan çəkinərək, keyfiyyət və dəqiqliyə üstünlük verməklə İsrailin hava hücumundan müdafiə sistemini sıradan çıxarmağa yönəlib. Bu isə İsrailin təhlükəsizlik dairələrində ciddi narahatlıq yaradıb.

Qeyd edək ki, İran Xarici İşlər Naziri Abbas Arakçi də bölgədəki gərginliyi azaltmaq üçün diplomatiyaya qayıdış mesajı verib və təcavüzün dərhal dayandırılmasını əsas şərt kimi irəli sürüb.

Mövzuya görə xəbərlər