Son dəqiqə

İsrail İran Təl-Əviv Tehran Hava zərbələri İsrail İran hücumu İrana qarşı hava zərbəsi İran-İsrail qarşıdurması İran-İsrail gərginliyi

İsrailin İrana zərbələri davam edir

BAKI, TurkicWorld

İsrailin İrana qarşı hərbi əməliyyatları davam edir.

TurkicWorld xəbər verir ki, İsrail ordusu İranın paytaxtı Tehrana yeni hava zərbələri endirdiyini açıqlayıb.

Ordunun yaydığı yazılı bəyanatda hücumlarda “Tehran bölgəsindəki İran hərbi məntəqələrinin” hədəf alındığı qeyd edilib.

Sosial şəbəkələrdə yayılan və hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyən görüntülərdə Tehranın şimal-şərqində yerləşən ərazilərin vurulduğu iddia olunur. Bundan başqa, məlumata əsasən, Tehran yaxınlığındakı Kərəc şəhərinin hava limanı ətrafında partlayış səsləri eşidilib.

Qeyd edək ki, İsrailin İrana hücumları ilə başlayan qarşıdurma artıq 6-cı gününü yaşayır. ABŞ-ın keçmiş prezidenti Donald Tramp proseslə bağlı verdiyi açıqlamada “(İran lideri Xamenei üçün) biz onu aradan qaldırmayacağıq, heç olmasa hələ də yox” deyə bildirib. İran lideri Ayətullah Əli Xamenei isə ABŞ-ın mümkün müdaxiləsinin Vaşinqton üçün ağır nəticələr doğuracağını bəyan edib.

Mövzuya görə xəbərlər