Son dəqiqə

BMT ABŞ Qəzza zolağı HƏMAS Atəşkəs razılaşması İsrail və Qəzza münaqişəsi atəşkəs və sülh perspektivləri

ABŞ Qəzzada atəşkəs çağırışını veto edib

BAKI, TurkicWorld

ABŞ, BMT-də Qəzza atəşkəsi ilə bağlı qətnaməyə veto qoyub.

TurkicWorld xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəsin təmin edilməsinə dair qətnamə layihəsi ABŞ-ın veto qərarı ilə qəbul edilməyib.

Qətnamə layihəsi BMT TŞ-nin 10 qeyri-daimi üzvü tərəfindən imzalanaraq Sloveniya tərəfindən təqdim edilib. Layihədə Qəzzada humanitar vəziyyətə görə dərhal atəşkəsin yaradılması və mülki şəxslərə təcili müdaxilə çağırışı əks olunub. Lakin səsvermə zamanı 14 ölkə lehinə səs versə də, daimi üzv olan ABŞ veto hüququndan istifadə edərək layihəni bloklayıb.

ABŞ-ın BMT-dəki nümayəndəsi Doroti Şi veto qərarını əsaslandıraraq bildirib ki, “ABŞ HƏMAS-ı açıq şəkildə pisləməyən heç bir sənədi dəstəkləyə bilməz”. Onun sözlərinə görə, təqdim olunan layihənin məzmunu və təşəbbüs forması ABŞ üçün qəbuledilməz olub.

Mövzuya görə xəbərlər