Son dəqiqə

Suriya Dəməşq Suriyada milli birlik və sabitlik Suriya milli bayrağı milli birlik Suriya münaqişəsi sonrası bərpa Suriyanın ərazi bütövlüyü Dəməşqdə bayraq ucaldılması

Dəməşqdə Suriyanın ən böyük bayrağı ucaldılıb

BAKI, TurkicWorld

Dəməşqdə Suriyanın ən böyük bayrağı ucaldılıb.

TurkicWorld xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqin Tişrin parkında ölkənin ən böyük bayrağı rəsmi şəkildə qaldırılıb. Bayraq 110 metr hündürlüyündəki dirəyə sancılıb və ümumi sahəsi 600 kvadratmetr təşkil edir.

Bayrağın ucaldılması ilə bağlı keçirilən mərasimdə dövlət rəsmiləri, ordu nümayəndələri və yerli sakinlər iştirak ediblər. Tədbir zamanı Suriya milli himni səsləndirilib və ölkənin ərazi bütövlüyü ilə bağlı rəsmi çıxışlar edilib. Rəsmilər bu hadisəni ölkənin "yenidən doğuluşunun və milli həmrəyliyin simvolu" adlandırıblar.

Qeyd edək ki, bu addım Suriyada milli birliyi və vətənpərvərlik ruhunu gücləndirmək məqsədi daşıyır. Son illərdə münaqişədən çıxmağa çalışan Suriya rəhbərliyi belə simvolik addımlarla ictimai rəyi birləşdirməyə çalışır. Tişrin parkı isə son illərdə Dəməşqdə yenidənqurma işlərinin aparıldığı və ictimai tədbirlərin keçirildiyi əsas mərkəzlərdən biri hesab olunur.

Mövzuya görə xəbərlər