Son dəqiqə

Məhkəmə Cənubi Koreya İran növbədənkənar prezident seçkiləri Yoon Sok Yöl Cənubi Koreyada Yoon Suk Yeol məhkəməsi Yoon Suk Yeol və müxalifət 2025 Cənubi Koreya siyasi hadisələri

Cənubi Koreyada növbədənkənar seçkilərin qalibi Li Jae-myung olub

BAKI, TurkicWorld

Cənubi Koreyada keçirilən növbədənkənar prezident seçkilərində müxalifətin namizədi Li Jae-myung qalib gəlib.

TurkicWorld xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Seçki Komissiyası məlumat yayıb.

Demokratik Partiyanın (DP) namizədi Li Jae-myung 49,42 faiz səs toplayaraq prezident seçilib. Onun əsas rəqibi, hakim Xalq Gücü Partiyasından (PPP) Kim Mun Su isə 41,15 faiz səs qazanıb.

Yeni seçilmiş prezident Li Jae-myung impiçment səbəbilə keçirilən seçkilər nəticəsində keçid dövrü olmadan dərhal vəzifəsinin icrasına başlayıb. Prezident səlahiyyətlərini icra edən baş nazirin müavini və təhsil naziri Li Ju-ho ona səlahiyyətləri, o cümlədən silahlı qüvvələrin baş komandanı vəzifəsini təhvil verib. Li Jae-myung bu gün yerli vaxtla saat 11:00-da Milli Assambleyada and içərək prezidentlik vəzifəsinin icrasına rəsmən başlayacaq.

Qeyd edək ki, əvvəlki prezident Yun Suk Yeol 2024-cü il dekabrın 3-də “müxalifətin dövlət əleyhinə fəaliyyətlərdə iştirak etdiyini” əsas gətirərək hərbi vəziyyət elan etmişdi. Lakin bu qərar Assambleya tərəfindən ləğv olunub və Nazirlər Kabinetinin təsdiqi ilə geri götürülüb. Dekabrın 14-də keçirilən səsvermə nəticəsində Yun Suk Yeolun səlahiyyətləri müvəqqəti dayandırılıb. Konstitusiya Məhkəməsi isə 2025-ci il aprelin 4-də impiçmenti təsdiqləyərək onu vəzifədən kənarlaşdırıb. Bu qərarın ardından 60 gün ərzində növbədənkənar seçkilərin keçirilməsi barədə qərar verilmiş və seçki tarixi 3 iyun olaraq müəyyən edilmişdi.

Mövzuya görə xəbərlər