BAKI, TurkicWorld
Aprel ayında Avropa İttifaqı ölkələrində Tesla satışlarında ciddi azalma qeydə alınıb.
TurkicWorld xəbər verir ki, ABŞ milyarderi İlon Maska məxsus Tesla markalı avtomobillərin satışları Avropa İttifaqı ölkələrində 2024-cü ilin aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 52,6 faiz azalaraq , 5min 475 ədədə düşüb.
Avropada avtomobil istehsalçılarını birləşdirən ACEA təşkilatının açıqlamasına görə, bu dövrdə markanın ümumi bazar payı da 1,3 faizdən 0,6 faizə enib. Yanvar-aprel ayları ərzində Tesla satışları 46,1 faiz azalma ilə 41 min 677 ədəd olub.
Qeyd edək ki, Elon Maskın Avropada birmənalı qarşılanmayan bəyanatları və siyasi münasibətləri, o cümlədən Trampın andiçmə mərasimində etdiyi jest və ifrat sağçı siyasətçilərə verdiyi dəstək, şirkətin imicinə mənfi təsir göstərərək istehlakçı marağını azaldıb.







