Son dəqiqə

Indoneziya təbii fəlakət Vulkan püskürməsi vulkan xəbərdarlığı İndoneziyanın Sumatra adası Merapi vulkanı Aktiv vulkanlar İndoneziya fəal vulkan zonaları

İndoneziyada Merapi vulkanı fəallığını davam etdirir

BAKI, TurkicWorld

İndoneziyada Merapi vulkanı 18 ayda 445 dəfə püskürüb.

TurkicWorld xəbər verir ki, İndoneziyanın Sumatra adasında yerləşən Merapi vulkanı növbəti dəfə püskürüb.

Tanah Datar bölgəsində qeydə alınan püskürmə zamanı dağdan qalxan kül sütunu səmada aydın müşahidə olunub.

Məlumata görə, Merapi dağı 2023-cü il dekabrın 3-dən bu yana ümumilikdə 445 dəfə püskürüb. Səlahiyyətli qurumlar təhlükəsizlik tədbirləri çərçivəsində əhaliyə kraterdən 3 kilometr məsafəyə qədər yaxınlaşmağı və bölgədə hər hansı fəaliyyət göstərməyi qadağan edib.

Mövzuya görə xəbərlər