Son dəqiqə

Indoneziya vulkan təbii fəlakət fövqəladə vəziyyət elanı Vulkan püskürməsi vulkan xəbərdarlığı İndoneziya Dukono vulkan püskürməsi Aktiv vulkanlar İndoneziya

İndoneziyada vulkan püskürüb

BAKI, TurkicWorld

İndoneziyanın Dukono vulkanında püskürmə nəticəsində havaya 1600 metr hündürlükdə kül qalxıb.

TurkicWorld xəbər verir ki, İndoneziyanın Şimali Maluku əyalətində yerləşən aktiv Dukono vulkanında növbəti püskürmə qeydə alınıb. İndoneziya Vulkan Müşahidə Postu (PGA) tərəfindən verilən məlumata görə, püskürmə yerli vaxtla səhər saatlarında baş verib.

Rəsmi açıqlamada bildirilib ki, dəniz səviyyəsindən 1087 metr yüksəklikdə yerləşən Dukono vulkanı püskürmə zamanı 1600 metrə qədər kül sütunu yaradıb. Hazırda ərazidə vulkanik aktivliyin izlənilməsi davam edir.

Qeyd edək ki, İndoneziya Sakit okean "od kəməri" üzərində yerləşdiyindən dünyanın ən aktiv vulkan zonalarından biri hesab olunur. Ölkədə 100-dən çox aktiv vulkan mövcuddur və Dukono da onların ən fəallarından sayılır.

Mövzuya görə xəbərlər