Son dəqiqə

İran ABŞ Marko Rubio İranın nüvə proqramı ABŞ- İran gərginlikləri İran ABŞ dolayı danışıqları İstanbulda nüvə danışıqları

İranla razılaşma asan baş tutmayacaq - Rubio

BAKI, TurkicWorld

İranla nüvə razılaşması əldə etmək çətin olacaq.

TurkicWorld xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio İranın uranı zənginləşdirmək imkanlarına çıxışına icazə verə bilməyəcəklərini bildirib.

O, Senatın Xarici Əlaqələr Komitəsində çıxışı zamanı İranla aparılan danışıqların davam etdiyini və ABŞ üçün əsas prioritetin İranın bu potensiala sahib olmamasını təmin etmək olduğunu qeyd edib.

Rubio əlavə edib ki, ABŞ prezidenti Donald Tramp İran üçün çıxış yolu təklif edib və bu təklif qəbul edilərsə, İran daha firavan bir gələcəyə qovuşa bilər. Dövlət katibi həmçinin vurğulayıb ki, İrana qarşı tətbiq edilən bütün sanksiyalar razılaşma əldə olunana qədər qüvvədə qalacaq.

Qeyd edək ki, İran son illərdə uranı zənginləşdirmək qabiliyyətinə nail olmaqda israrlıdır və bu məsələ beynəlxalq narahatlığa səbəb olub.

Mövzuya görə xəbərlər