Son dəqiqə

Fələstin ABŞ etiraz aksiyası Ağ Ev Harvard Universiteti Harvard federal maliyyə qalmaqalı Fələstin dəstək aksiyaları

Fələstin aksiyalarına görə Harvard yenidən cəzalandırılıb

BAKI,TurkicWorld

ABŞ administrasiyası Fələstinə dəstək aksiyalarına görə Harvard Universitetinə 60 milyon dollarlıq maliyyə kəsintisi tətbiq edib.

TurkicWorld xəbər verir ki, ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti Harvard Universitetinin kampusunda baş verən Fələstinə dəstək nümayişləri zamanı “antisemit münasibət və irqi ayrı-seçkiliyin qarşısını ala bilmədiyini” əsas gətirərək, ali təhsil müəssisəsinə yönəlik yeni sanksiyalar elan edib.

Prezident Donald Trampın administrasiyası tərəfindən universitetin federal fondlardan aldığı vəsaitin 60 milyon dolları dondurulub. Qeyd olunan qərar Tramp rəhbərliyinin daha əvvəl Harvard üçün nəzərdə tutulan 2,2 milyard dollarlıq maliyyəni dayandırmasından sonra gəlib.

Qeyd edək ki, federal hökumət kampuslarda ayrı-seçkiliyə qarşı mübarizə aparmaq məqsədilə “Antisemitizmlə Mübarizə Qrupu” quraraq bir sıra universitetlərə qarşı araşdırmalara başlayıb. Harvard Universiteti isə qərarın qanunsuz olduğunu bildirərək məhkəməyə müraciət edib.

Mövzuya görə xəbərlər