Son dəqiqə

ABŞ Qətər Səudiyyə Ərəbistanı BƏƏ silah-sursat ABŞ Müdafiə Təhlükəsizlik və Əməkdaşlıq Agentliyi (DSCA)

Trampın səfəri öncəsi BƏƏ-yə silah satışı

BAKI, TurkicWorld

ABŞ BƏƏ-yə 1,45 milyard dollar dəyərində silah satışı təklif edib.

TurkicWorld xəbər verir ki, ABŞ Müdafiə Təhlükəsizlik və Əməkdaşlıq Agentliyi (DSCA) Birləşmiş Ərəb Əmirliklərinə ümumi dəyəri 1,45 milyard dollar olan iki ayrı silah satışını Konqresin təsdiqinə təqdim edib.

Təklifə əsasən, BƏƏ 1 milyard 320 milyon dollar qarşılığında 6 CH-47F Blok II Chinook helikopteri, onların mühərrikləri, raket xəbərdarlıq sistemləri və digər dəstək avadanlıqları əldə edəcək.

İkinci paket isə 130 milyon dollar dəyərində F-16 təyyarələri üçün texniki xidmət, ehtiyat hissələri və logistik dəstəyi əhatə edir.

Qeyd edək ki, bu təklif ABŞ prezidenti Donald Trampın mayın 13-16-da Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə planlaşdırılan səfəri ərəfəsində irəli sürülüb.

Mövzuya görə xəbərlər