Son dəqiqə

Google Süni intellekt ChatCPT OpenAI ABŞ Ədliyyə Departamenti Google və məhkəmə iddiaları ABŞ texnologiya inhisarı Google inhisarı Chrome satışı ehtimalı

Google-un Chrome-u satması gündəmdədir

BAKI, TurkicWorld

OpenAI Chrome-u almağa maraq göstərir.

TurkicWorld xəbər verir ki, OpenAI, ABŞ Ədliyyə Nazirliyinin Google-a qarşı başladığı antitrest məhkəməsi çərçivəsində gündəmə gələn Chrome-un satışı məsələsinə münasibət bildirib.

Şirkətin ChatGPT bölməsinin rəhbəri Nik Turley, Chrome satılacağı təqdirdə OpenAI-nin onu almağa maraqlı olduğunu açıqlayıb.

ABŞ hökumətinin Google-un internet axtarışı və reklam bazarındakı inhisarçı mövqeyini zəiflətmək məqsədilə başlatdığı bu proses son 25 ilin ən böyük antitrest davası kimi qiymətləndirilir. Məhkəmədə Google-un yalnız Chrome deyil, həm də Android sistemi və digər tərəfdaşlıq müqavilələri də müzakirə olunur.

OpenAI nümayəndəsi qeyd edib ki, əgər Chrome əldə edilərsə, brauzer “ilk süni intellekt əsaslı” platformaya çevriləcək. Bu isə süni intellekt funksiyalarının Chrome-a birbaşa inteqrasiyasını, fərdiləşdirilmiş axtarış və məlumat xidmətlərini daha sürətli və effektiv şəkildə təqdim etməyə imkan verə bilər.

Qeyd edək ki, hazırda istifadəçilər Chrome vasitəsilə ChatGPT əlavəsindən yararlana bilsələr də, OpenAI-nin brauzerə sahib olması texnologiyanın daha dərin səviyyədə inteqrasiyasına və AI əsaslı internet təcrübəsinin formalaşmasına yol aça bilər. ABŞ hökumətinin yekun qərarı isə texnologiya dünyasında ciddi dəyişikliklərə səbəb ola bilər.

Mövzuya görə xəbərlər