BAKI, TurkicWorld
Filippin sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb
TurkicWorld xəbər verir ki, Filippinin cənubundakı Mindanao bölgəsinin sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri Talaud adaları yaxınlığında, Pondaguitan sahillərindən təxminən 269 kilometr uzaqlıqda yerləşib.
Zəlzələ 117 kilometr dərinlikdə qeydə alınıb. Hadisə nəticəsində indiyədək can və ya əmlak itkisi ilə bağlı məlumat verilməyib və sunami xəbərdarlığı edilməyib.
Qeyd edək ki, Filippin yüksək seysmik aktivliyə malik zonada — Sakit okeanın “Alov halqası”nda yerləşir və bu səbəbdən zəlzələlər burada tez-tez baş verir.