NASA Süni intellekt yadplanetli izləri naməlum hava obyektləri süni intellektlə çalışan kamera Harvard alimləri

AI dəstəkli kamera səmada yadplanetli izlərini izləyəcək

BAKI, TurkicWorld

Harvard alimləri süni intellektlə çalışan kamera ilə səmada yadplanetli izlərini axtaracaq

TurkicWorld xəbər verir ki, Harvard-Smithsonian Astrofizika Mərkəzinin alimləri Galileo Layihəsi çərçivəsində süni intellektlə işləyən və Yer səmasını infraqırmızı işıqla skan edən yeni kamera sistemi hazırlayıblar.

“Dalek” adlı bu sistem, naməlum hava obyektlərini (UAP) və yerdənkənar həyat ehtimalı daşıyan anomal hərəkətləri müəyyənləşdirmək məqsədi daşıyır.

Layihəyə Harvard Universitetinin astrofiziki Dr. Laura Domine rəhbərlik edir. Cihaz NASA-nın UAP müşahidələri üçün 2023-cü ildə müəyyən etdiyi texniki standartlara uyğun hazırlanıb. Bu, millisaniyəlik ölçmə qabiliyyətinə malik sensorları və hərəkət, forma, rəng kimi məlumatların eyni vaxtda toplanmasını əhatə edir.

“Dalek” sistemi artıq üç rəsədxanada istifadə olunur və ayda 100 minə qədər səma obyektini qeyd edir. Toplanan məlumatlar “YOLO” və “SORT” adlı süni intellekt alqoritmləri ilə təhlil olunur. İlk beş aylıq müşahidələr nəticəsində 500 minə yaxın obyekt araşdırılıb və onların 16 faizində anomal hərəkət qeydə alınıb. 144 obyektin mənşəyi isə hələ də müəyyən edilməyib.

Qeyd edək ki, layihənin rəhbəri professor Avi Loeb “Göy gizli deyil” prinsipi ilə çalışdıqlarını bildirərək, hökumət mənbələrindən fərqli olaraq, alimlərin müstəqil şəkildə müşahidələr aparmasının vacibliyini vurğulayıb.

Mövzuya görə xəbərlər