Son dəqiqə

Indoneziya Vulkan püskürməsi Təhlükəsizlik tədbirləri Marapi vulkanı

İndoneziyada Marapi vulkanı yenidən püskürüb

BAKI, TurkicWorld

İndoneziyanın Sumatra adasında yerləşən Marapi vulkanı yenidən aktivləşib.

TurkicWorld xəbər verir ki, Son püskürmə ilə vulkandan kül və tüstü yayılıb.

Marapi vulkanı 3 dekabr 2023-cü ildə baş verən ilk püskürməsindən bəri ümumilikdə 416 dəfə aktivləşib. Səlahiyyətli qurumlar təhlükəsizlik tədbirləri çərçivəsində vulkanın mərkəzindən 3 kilometr radiusda girişin qadağan edildiyini açıqlayıb.

Qeyd edək ki, Marapi vulkanı İndoneziyanın ən aktiv vulkanlarından biridir və regionda yaşayan əhali üçün potensial təhlükə yaradır.

Mövzuya görə xəbərlər