Son dəqiqə

BMT Livan Indoneziya Stefan Düjarrik

BMT-nin İndoneziyalı sülhməramlıların qətli ilə bağlı araşdırması vaxt apara bilər

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Birləşmiş Millətlər Təşkilatı (BMT) üç indoneziyalı sülhməramlının həlak olması ilə nəticələnən insidentlə bağlı aparılan təhqiqatın çətinliklərlə üzləşdiyini bəyan edib.

TurkicWorld xəbər verir ki, BMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında qeyd edib ki, hadisə yerindəki mürəkkəb şərait və "insident zonasına" daxil olmaqda yaranan maneələr istintaqın sürətinə mənfi təsir göstərir.

Düjarrik vurğulayıb ki, bu cür beynəlxalq araşdırmalar kifayət qədər vaxt tələb edir. Hazırda texniki ekspertlər hadisə yerindəki fiziki sübutları araşdırır, digər mütəxəssis qrupları isə insidentin baş vermə kontekstini öyrənir və tərəflərlə əlaqə saxlayaraq toplanmış məlumatların dürüstlüyünü yoxlayırlar. Sözçünün sözlərinə görə, bütün bu çətinliklərə rəğmən, BMT ən qısa zamanda ictimaiyyətə yenilənmiş məlumat təqdim etməyə çalışır.

Mövzuya görə xəbərlər