Son dəqiqə

Avropa İttifaqı ABŞ Avropa Komissiyası Donald Tramp Ursula von der Leyen Trampın fərmanları

Trampın tarifləri dünya iqtisadiyyatına zərbə vurur – Ursula von der Leyen

BAKI,TurkicWorld

ABŞ prezidenti Donald Trampın yeni rüsumlar tətbiq etməsi dünya iqtisadiyyatına zərbə vurur.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu sözləri Avropa Komissiyasının sədri Ursula von der Leyen deyib.

"Trampın bütün dünyanı, o cümlədən Aİ-ni əhatə edən rüsum qərarı dünya iqtisadiyyatına ciddi zərbə vurur" — deyə o bildirib.

Ursula von der Leyen bu addımdan təəssüf hissi keçirdiyini vurğulayaraq, onun genişmiqyaslı nəticələrinin olacağını qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın elan etdiyi ümumi tariflər dünya üzrə biznes və istehlakçılar üçün mənfi təsir göstərəcək.

Mövzuya görə xəbərlər