Son dəqiqə

NATO ABŞ Donald Tramp

Trampın NATO-ya zərbəsi- ABŞ Alyansdan uzaqlaşır?

BAKI, TurkicWorld

ABŞ administrasiyası NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı vəzifəsindən imtina etməyi planlaşdırır.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Donald Tramp administrasiyası 75 ildir ABŞ generallarının rəhbərlik etdiyi NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) rolundan geri çəkilməyi nəzərdən keçirir.

Bu qərar Pentaqonun yenidən strukturlaşdırılması çərçivəsində həyata keçiriləcək. Hazırda NATO komandanlığının ABŞ-dan başqa hansı ölkəyə veriləcəyi qeyri-müəyyən olaraq qalır. Təqaüdçü admiral Ceyms Stavridis bu addımı "epik nisbətdə siyasi səhv" adlandırıb və ABŞ-ın alyans daxilində nüfuzunu ciddi şəkildə itirəcəyini bildirib.

Qeyd edək ki, Donald Tramp NATO-ya üzv ölkələrin xərcləmə limitlərinə əməl etmədiyini bəyan edərək, bu ölkələri müdafiə etməyəcəyini dəfələrlə vurğulayıb.

Mövzuya görə xəbərlər