Son dəqiqə

Çin Pakistan anlaşma memorandumu kosmos

Pakistan və Çin arasında kosmik tədqiqatlar sahəsində strateji əməkdaşlıq

BAKI, TurkicWorld

Pakistan və Çin, Pakistanın ilk astronavtını 2026-cı ilə qədər kosmosa göndərmək üçün anlaşma memorandumu imzalayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Çin Baş naziri Li Çianqın Pakistan səfəri zamanı iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi qərara alınıb.

Bu əməkdaşlıq, kosmik tədqiqatlar da daxil olmaqla müxtəlif sahələri əhatə edir.

Qeyd edək ki, 2019-cu ildə Çin və Pakistan insanlı kosmik missiyalarda əməkdaşlıq çərçivə anlaşması imzalamışdılar. Bu anlaşma, astronavtların seçimi və təlimi, eləcə də kosmik elmlər sahəsində birgə tədqiqatları əhatə edirdi.

Mövzuya görə xəbərlər