Son dəqiqə

Avropa İttifaqı Ukrayna Ursula von der Leyen

Ukrayna 2030-cu ildən əvvəl Aİ-yə üzv ola bilər

Bakı, TurkicWorld

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen, Ukraynanın 2030-cu ilə qədər Aİ-yə üzv olması ehtimalını irəli sürüb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , Kiyevdə səfərdə olan fon der Leyen Ukraynanın Aİ-yə üzvlük prosesi ilə bağlı açıqlamalar verib.

Fon der Leyen Ukraynanın Aİ-yə inteqrasiya istiqamətindəki "irəliləyişini" yüksək qiymətləndirərək, "Siyasi iradəni həqiqətən təqdir edirəm. Hətta deyə bilərəm ki, Ukrayna bu prosesi eyni sürətlə və keyfiyyətlə davam etdirsə, üzvlük 2030-cu ildən əvvəl reallaşa bilər."- deyə bildirib.

Qeyd edək ki, Ukrayna 28 fevral 2022-ci ildə Aİ-yə üzvlük üçün müraciət edib, 23 iyun 2022-ci ildə isə Aİ Ukraynaya namizəd statusu verib.
2023-cü ilin dekabrında Aİ sammitində Ukrayna ilə üzvlük danışıqlarına başlamaq qərarı alınıb, lakin Macarıstanın vetosu səbəbindən bu müddət uzanıb.
25 iyun 2024-cü ildə rəsmi danışıqlara start verilib. Bu, Aİ tarixində ilk dəfə olaraq müharibə vəziyyətində olan bir ölkə ilə üzvlük müzakirələrinin başlanması deməkdir.

Mövzuya görə xəbərlər