Son dəqiqə

ABŞ Donald Tramp

Ərəb Birliyi Sammitində tarix dəyişikliyi edilib

Bakı, TurkicWorld

ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı qalmaqallı açıqlamalarından sonra ərəb ölkələri təcili zirvə toplantısı planlaşdırıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, əvvəlcə fevralın 27-də Misirin paytaxtı Qahirədə keçirilməsi planlaşdırılan Ərəb Dövlətləri Sammiti martın 4-nə təxirə salınıb.

Misir Xarici İşlər Nazirliyi sammitin təxirə salınmasının səbəbi kimi regionda baş verən yeni və ciddi hadisələri müzakirə etmək zərurətini göstərib.

Ərəb Liqasının Baş Katibinin müavini Husam Zəki bildirib ki, sammitdən əvvəl fevralın 20-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda beş ərəb ölkəsinin iştirakı (Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ) ilə öncədən məsləhətləşmə toplantısı keçiriləcək.

Husam Zəki vurğulayıb ki, bu ölkələr oktyabrın 7-dən bəri Fələstin məsələsi ilə bağlı koordinasiyalı şəkildə çalışırlar və nazirlər səviyyəsində bir çox görüşlər keçiriblər.

Həmçinin, Fələstinin də görüşə dəvət edilməsi ehtimalı var.

Martın 4-də keçiriləcək sammitin əsas gündəmini iki əsas mövzu müzakirə ediləcək. ABŞ Prezidenti Donald Trampın Qəzzadakı fələstinlilərin İordaniya və Misirə zorla köçürülməsi planı və Qəzzada atəşkəs məsələsi bu mövzulardandır.

Qeyd edək ki, Misir zirvə görüşünün keçirilməsi üçün ərəb ölkələri və Fələstinlə yüksək səviyyədə məsləhətləşmələr aparıb.

Qəzza böhranı və ABŞ-ın mövqeyi məsələsi isə ərəb ölkələri arasında ciddi diplomatik müzakirələrə səbəb olub. Martın 4-də keçiriləcək Ərəb Liqası Sammiti regionun gələcək siyasətinə təsir edə biləcək əhəmiyyətli qərarlar qəbul edə bilər.

Mövzuya görə xəbərlər